Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, səhər və axşam bəzi yerlərdə duman. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 19-21° isti, gündüz 29-31° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60 % təşkil edəcək.
Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturugecə 17-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacağı gözlənilir.
Son xəbərlər
Son Xəbərlər