Sabah hava necə olacaq?

sabah-hava-nece-olacaq
Oxunma sayı: 2565

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, axşam  mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8, gündüz 9-12,  Bakıda gecə 6-8, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir. 

Atmosfer  təzyiqi 763 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət  80-90 faiz  təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 04-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. 

Havanın temperaturunun gecə 3-8, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacağı gözlənilir. 

Tibbi-meteoroloji proqnoz

Aprelin 03-ü axşam, aprelin 04-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, aprelin 05-06-da meteoroloji amillərin normal sutkalıq gedişi əksər əhali  üçün  əlverişlidir.