Sabah hava necə olacaq?

sabah-hava-nece-olacaq
Oxunma sayı: 2204

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə  zəif duman, çiskin olacağı gözlənilir.  

Bu barədə "Qafqazinfo"ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Məlumata görə, sabah mülayim cənub küləyi əsəcək.  Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz  20-24, Bakıda gecə 13-15, gündüz 21-23 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz  50-55 faiz olacaq. 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə  duman olacağı gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu  gecə 11-16, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz  9-14 dərəcə  isti olacaq.