Sabah hava necə olacaq?

sabah-hava-nece-olacaq
Oxunma sayı: 2031

Azərbaycanda noyabrın 5-nə gözlənilən hava qroqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.  

Havanın temperaturu gecə 8-11° isti, gündüz 12-14° isti, Bakıda gecə 8-10° isti, gündüz 12-14° isti olacaq.

Atmosfer təzyiqi  770 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq

Tibbi-meteoroloji proqnoz

Noyabrın 05-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Arabir duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 14-17° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.