Sabah hava necə olacaq?

sabah-hava-nece-olacaq
Oxunma sayı: 3082



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, arabir gücənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 3-5, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gündüz yağıntı tədricən kəsiləcək. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə isə aprelin 04-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, aprelin 05-də arabir güclənən gilavar küləyi və ötən günlə müqayisədə temperaturun xeyli yüksəlməsi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.