Sabah hava necə olacaq?

sabah-hava-nece-olacaq
Oxunma sayı: 912


“Qafqazinfo” xəbər verir ki, temperatur gecə 17-21°, gündüz 28-33° isti, Bakıda gecə 19-21°, gündüz 30-32° isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 45-50 faiz təşkil edəcək.

Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21°, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 21-22°, Türkan, Hövsan, Şıx və Sahildə 22-23° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Temperatur gecə 14-19°, gündüz 28-33° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperatur gecə 8-13°, gündüz 21-26° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Temperatur gecə 15-20°, gündüz 20-30° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperatur gecə 13-18°, gündüz 23-28° isti olacaq.

 Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Temperatur gecə 17-22°, gündüz 30-35° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Temperatur gecə 18-21°, gündüz 24-29° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-20° isti olacaq.