Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan “Qafqazinfo”ya daxil olan məlumata görə, mayın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Hava əsasən yağmursuz keçəcək, güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 14-17, gündüz 28-33 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam cənub və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Aran rayonlarında havanın temperaturunun gecə 14-19, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.
Son xəbərlər
Son Xəbərlər