Sabah havamız xoş olacaq

sabah-havamiz-xos-olacaq
Oxunma sayı: 644

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya bildiriblər ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 13-18, gündüz 22-26 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında oktyabrın 21-də gün ərzində əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 12-17, gündüz 22-27, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.