İsveç millisinin baş məşqçisi Yanne Andersson dünya çempionatının ¼ final mərhələsində İngiltərəyə qarşı keçirəcəkləri matç haqqında fikirlərini bildirib.
“Qafqazinfo” xəbər verir ki, təcrübəli mütəxəssis komandada əhval-ruhiyyənin yüksək olduğunu deyib: “Biz komanda olaraq burada çıxış etməkdən xoşbəxtik. Oyunçularım artıq 45 gündür ki, birlikdədirlər.
Qrup olaraq necə inanılmaz olduğumuzu bilirəm. Futbolçularım ölkə üçün böyük töhfə verdilər. Atmosfer əladır. Heç bir böyük sürpriz yoxdur. Biz inandıqca gücləniirk. Komandamızın üstünlüyü sadiqliyimiz və düşüncəmizdir. Bu məni sevindirir. Sabah meydandan hər şeyə hazırıq. Penaltiləri də məşq etmişik. Bütün hazırlıqlarımızı tamamlamışıq. 11 metrlik zərbələri vuracaq futbolçular da bəllidir. Futbol müasir dövrdə fərqlidir. Hər nəticə ilə qarşılaşa bilərsiniz”.
Son xəbərlər
Son Xəbərlər