“Sabah” heyətini yeni futbolçu ilə gücləndirdi

sabah-heyetini-yeni-futbolcu-ile-guclendirdi
Oxunma sayı: 1673

Bakının “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

“Qafqazinfo” kluba istinadən xəbər verir ki, paytaxt təmsilçisi ispaniyalı müdafiəçi Con İrasaballa anlaşıb.

26 yaşlı oyunçu ilə 1+2 illik müqavilə imzalanıb.

İrasabal karyerası ərzində İspaniyanın “Vitoria”, “Mirandes”, “Lexona” və “Amorebieta” klublarında çıxış edib.