Sabah ikinci qrup girovların siyahısını təhvil verəcəklər

sabah-ikinci-qrup-girovlarin-siyahisini-tehvil-verecekler
Oxunma sayı: 696

HƏMAS hərəkatı yanvarın 25-də azad etməyi planlaşdırdığı girovların siyahısını cümə günü İsrailə təhvil verəcək.

“Qafqazinfo” xəbər verir ki, bunu HƏMAS-ın İordan çayının qərb sahilindəki hücrəsinin rəhbəri Zaher Cabarin təsdiqləyib.

“Sabah fələstinli məhbusların siyahısının müqabilində döyüşçülərimiz tərəfindən saxlanılan 4 girovun adlarını İsrailə təhvil verəcəyik”, - deyə Cabarin bildirib.