“SABAH-ın könüllüsü”ndən “Bakı 2015”lə bağlı sərgi

sabah-in-konullusunden-baki-2015le-bagli-sergi
Oxunma sayı: 1062


"Qafqazinfo"ya daxil olan məlumata görə, sərginin açılış mərasimində Təhsil Nazirliyinin SABAH İcra Komitəsinin rəhbəri Elçin Ağakişiyev, “Park Bulvar” AVM-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günay Malikqızı, SABAH qruplarının fəaliyyət göstərdiyi 7 ali təhsil müəssisəsini təmsil edən könüllülər və mətbuat nümayəndələri iştirak ediblər. 

SABAH İcra Komitəsinin rəhbəri Elçin Ağakişiyev çıxışı zamanı könüllülük fəlsəfəsi və onun faydalarından danışıb. O, Avropa Oyunlarının Azərbaycanda könüllülük hərəkatının inkişafına verdiyi töhfələrdən bəhs edib və sərgidə “SABAH-ın könüllüsü”nün fəaliyyətini əks etdirdiyini bildirib.

Sərgidə SABAH qruplarının rəsmi Facebook səhifəsi vasitəsilə keçirilən “SABAH Foto” müsabiqəsinə təqdim edilmiş fotoşəkillər nümayiş olunur. Sərgi “Bakı 2015” 1-ci Avropa Oyunları ərəfəsində ölkə vətəndaşları və paytaxtımıza gələn qonaqlar üçün açıqdır.

Tədbirdə müsabiqə qalibinin adı açıqlanıb. Bildirilib ki, 7 ali təhsil müəssisəsindən olan münsiflər heyətinin səsverməsi əsasında “SABAH-ın könüllüsü” Humay Cavadzadə müsabiqənin qalibi olub və Avropa Oyunlarının açılış mərasiminə bilet qazanıb.