Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan məlumata görə, mülayim cənub küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 0-4, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında yanvarın 9-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Lənkəran-Astara zonasında çiskin olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.
Son xəbərlər
Son Xəbərlər