Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, havanın temperaturunun gecə 5-7, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, lakin gecəyə doğru bəzi şimal rayonlarından başlayaraq yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 14-19, bəzi yerlərdə 22 dərəcəyədək isti, dağlarda gecə 3-8, gündüz 9-14, bəzi yerlərdə 17 dərəcəyədək isti olacağı gözlənilir.