“Sabah” bu gün Konfrans Liqasının 3-cü təsnifat mərhələsində cavab oyununa çıxacaq.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan təmsilçisi evdə İrlandiya “Sent Patriks”lə qarşılaşacaq.
“Bank Respublika Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq.
Xatırladaq ki, bu komandalar arasında ilk matç İrlandiya klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, “Sabah” (Azərbaycan) – “Sent-Patriks” (İrlandiya) cütünün qalibi isə “Saburtalo” (Gürcüstan) – “Başakşəhər” (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək.
15 avqust
20:30. “Sabah” – “Sent Patriks” (İrlandiya)
Baş hakim: Marsel Birsan (Rumıniya)
Masazır, “Bank Respublika Arena”
İlk oyun - 0:1
***
Komandaların start heyətləri açıqlanıb:
“Sabah”: 1. Yusif İmanov, 2. Amin Seydiyev, 44. Sofian Çakla, 3. Con İrazabal, 7. Boyan Letiç, 6. Abdullah Xaybullayev, 4. Elvin Camalov (k), 70. Jesse Sekidika, 11. Kahim Parris, 20. Coy Lens-Mikels, 18. Pavol Şafranko.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 5. Rəhman Daşdəmirov, 9. Anatoli Nuriyev, 10. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 22. Abdulla Rzayev, 33. Camal Cəfərov, 77. Şakir Seyidov, 88. Xəyal Əliyev, 99. Nyeqos Kupusoviç.
Baş məşqçi: Krunoslav Renduliç.
“Sent Patriks”: 94. Jozef Ananq, 3. Antoni Breslin, 5. Tom Qrivosti, 4. Jozef Redmond (k), 21. Aksel Syöberq, 6. Ceymi Lennon, 17. Romal Palmer, 8. Kris Forrester, 20. Cek Mölreni, 26. Zaxari Elbuzedi, 9. Meyson Melia.
Ehtiyat oyunçular: 1. Daniel Rocers, 9. Meyson Melia, 10. Kian Levi, 11. Ceyson Makklilland, 14. Brendon Keyvinic, 16. Aaron Bolcer, 19. Aleks Nolan, 22. Konor Kili, 23. Rayan Maklauclin, 24. Luk Törner, 30. Al-Amin Kazeem, 31. Maykl Nunan.
Baş məşqçi: Stefen Kenni.
***
Matç başladı.
***
27-ci dəqiqədə Bakı təmsilçisi azlıqda qalır. Sofian Çakla qırmızı vərəqə alaraq meydandan qovulur.
***
İlk hissə qolsuz başa çatdı. Fasilə.
***
48-ci dəqiqədə qonaqlar hesabı açır. Rəhman Daşdəmirov avtoqol müəllifi olur - 0:1
***
Matç “Sent Patriks”in 1:0 hesablı qələbəsi ilə başa çatdı. Hər iki oyunda qalib gələn İrlandiya təmsilçisi növbəti mərhələyə adlayır.