Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, güclü şimal-qərb küləyinin günün birinci yarısında mülayimləşəcəyi, günün ikinci yarısında isə güclü cənub küləyi ilə əvəz olunacağı ehtimal olunur.Havanın temperaturunun gecə 4-9, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi cənub və qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 15-20, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza görə isə yaxın 3 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, güclü cənub-qərb və şimal-qərb küləklərinin tez-tez bir-birini əvəz edəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
Son xəbərlər
Son Xəbərlər