Sabah külək olacaq

sabah-kulek-olacaq
Oxunma sayı: 1558


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan məlumatına görə, arabir gücənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 4-7, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Arabir güclənən cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 3 şaxtadan 2 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.