Sabah küləkli hava olacaq

sabah-kulekli-hava-olacaq
Oxunma sayı: 1183


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, gündüz cənub küləyi əsəcək. Havanın temperaturu gecə 6-9, gündüz 15-19 dərəcə isti olacaq.  Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət gecə 80-85, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə hava şəraitinin yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz saatlarında ayrı-ayrı yerlərdə arabir güclənəcək.  

Havanın temperaturunun gecə 5-10, gündüz 15-20, bəzi yerlərdə 23 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10, bəzi yerlərdə 15 dərəcə isti olacağı gözlənilir.