“Sabah məktəbə getməliyəm...” - Video

sabah-mektebe-getmeliyem
Oxunma sayı: 3444

Türkiyədə zəlzələ nəticəsində dağıntılar altında qalan şəxslərin xilas edilməsi ilə bağlı axtarışlar davam etdirilir. 

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, zəlzələdən əziyyət çəkən bölgələrdə 60 saatdan çox müddətdən sonra dağıntılar altından körpə və azyaşlı uşaqlar xilas edilib.

Məlumata görə, Kahramanmaraşın Elbistan bölgəsində 65 saat sonra bir ana 4 və 6 yaşlı iki qızı ilə birlikdə dağılan binanın altından xilas edilib. 

Kahramanmaraşta 71 saat sonra xilas edilən azyaşlılardan biri də Ahmet Eren adlı uşaq olub. Xəstəxanaya aparılan Ahmet Eren tibbi personala “Sabah məktəbə getməliyəm” deməsi ilə sosial şəbəkələrdə gündəm olub. 

Hatayda isə Macarıstandan gələn xilasetmə qrupu 1 yaş 5 aylıq uşağı ağıntılar altından xilas edib.

Hatayın Kırıkhan bölgəsində 65 saat sonra xilas edilənlər arasında 13 yaşlı uşaq da olub. Bununla yanaşı, Kırıkhanda 68 saat sonra 3-ü uşaq olmaqla 6 nəfər xilas edilib.

Adıyamanda isə 67 saat sonra 6 və 8 yaşlı iki bacı xilas edilərək dağıntılar altından çıxarılıb.