“Sabah” meydançaya girən kənar şəxslərə görə cəzalandı

sabah-meydancaya-giren-kenar-sexslere-gore-cezalandi
Oxunma sayı: 1074

AFFA İntizam Komitəsinin iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasda Premyer Liqanın 28-ci turu ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

“Turan Tovuz” – “Sumqayıt” oyununda “Sumqayıt”ın futboçusu Vüqar Mustafayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klubu 1600 manat cərimə edilib.

“Kəpəz” – “Səbail” oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxslərin daxil olmasına görə “Kəpəz” klubu 1600 manat cərimə edilib.

“Sabah” – “Qəbələ” oyunundan əvvəl meydançaya kənar şəxslərin daxil olmasına görə “Sabah” klubu 1600 manat cərimə edilib.