Sabah Moskvada Məmmədyarovla Lavrovun görüşü olacaq

sabah-moskvada-memmedyarovla-lavrovun-gorusu-olacaq
Oxunma sayı: 728

Sabah Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclasından əvvəl Rusiya və Azərbaycan XİN rəhbərlərinin görüşü olacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib. Onun sözlərinə görə, MDB Xarici İşlər Nazirləri Şurasının iclasından əvvəl Rusiya XİN rəhbəri Sergey Lavrov belaruslu həmkarı Vladimir Makeylə görüşəcək. Daha sonra isə Lavrovun Türkmənistan və Azərbaycanın XİN başçıları ilə görüşü planlaşdırılır. 

Qeyd edək ki, Elmar Məmmədyarovun rəhbərlik nümayəndə heyəti aprelin 5-i Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.