“Sabah” “Neftçi”yə, “Sumqayıt” “Qəbələ”yə qarşı

sabah-neftciye-sumqayit-qebeleye-qarsi
Oxunma sayı: 1270

Bu gün Azərbaycan Premyer Liqasında 5-ci tura yekun vurulacaq.

"Qafqazinfo" xəbər verir ki, ikinci oyun günündə daha 2 matç keçiriləcək. Əvvəlcə autsayder "Sabah" "Neftçi"ni qəbul edəcək. Meydan sahibləri mövsümdə ilk qələbəsini qazanamağa çalışacaq.

Digər görüşdə isə ardıcıl 3 oyundur qalib gələn "Qəbələ" "Sumqayıt"ın qonağı olacaq. 

26 sentyabr

Azərbaycan Premyer Liqası

5-ci tur

17:00. “Sabah” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
“Bank Respublika Arena”

19:15. “Sumqayıt” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev. Elşad Abdullayev, Pərvin Talıbov, Rövşən Rəcəbov
“Kapital Bank Arena”

25 sentyabr (şənbə)

“Səbail” – “Zirə” - 1:2

“Keşlə” – “Qarabağ” - 1:1