Sabah NİDA 3 yaşını qeyd edəcək

sabah-nida-3-yasini-qeyd-edecek
Oxunma sayı: 904



Hərəkatın mətbuat xidmətindən daxil olan məlumata görə, saat 15:30-da başlayacaq tədbir Vətəndaş Hərəkatı Partiyasının qərargahında keçiriləcək. Tədbirdə qurumun üzvləri ilə yanaşı, başqa vətəndaş cəmiyyəti nümayəndələri, diplomatik korpus, digər partiya və təşkilatların nümayəndələri də iştirak edəcək.

Tədbirdə qonaqlara NİDA VH-nin 3 illik fəaliyyətini əks etdirən videoslaydın təqdim ediləcək. Eyni zamanda hərəkat sabah yeni saytınının da təqdimatını keçirəcək. 

Qeyd edək ki, NİDA VH-nin 3 yaşı fevralın 4-də tamam olub. Həmin gün iş günü olduğu üçün hərəkat ad günü tədbirini həftəsonuna salıb.