“Sabah” paraqvaylı hücumçu ilə müqaviləsini uzatdı

sabah-paraqvayli-hucumcu-ile-muqavilesini-uzatdi
Oxunma sayı: 995

“Sabah” klubu futbolçusu Xulio Rodrigeslə müqavilənin müddətini uzadıb.

“Qafqazinfo” paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı hücumçu ilə bir illik yeni sözləşmə imzalanıb.

Paraqvaylı oyunçu ötən ilin fevralında "Sabah"a keçib. O, başa çatan mövsümdə Azərbaycan Premyer Liqasında 25 oyunda 3 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.