Sabah paytaxtda hava buludlu olacaq -

sabah-paytaxtda-hava-buludlu-olacaq-
Oxunma sayı: 886


“Qafqazinfo” xəbər verir ki, Bakıda və Abşeron yarımadasında avqustun 15-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Gündüz mülayim cənub-şərq küləyi əsəcək. 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti olacaq. 

Azərbaycanın rayonlarında isə sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Avqustun 15-16-da Abşeron yarımadasında zəif və mülayim küləklərin üstünlüyü və günün bəzi saatlarında havada rütubətliliyin normadan bir qədər çox olması fonunda isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir. Avqustun 17-də isə xəzri küləyinin güclənməsi ilə temperatur rejiminin iqlim normasına yaxın olması nisbətən əlverişlidir. 

“Qafqazinfo”