Sabah polis gücləndiriləcək

sabah-polis-guclendirilecek
Oxunma sayı: 671

Sabah paytaxt polisi də gücləndirilmiş iş rejimində çalışacaq. Aşura mərasimlərinin keçiriləcəyi bütün məscidlər və ziyarətgahlarda bütün təhlükəsizlik tədbirləri görülüb. Dini mərasimlərin keçiriləcəyi yerlərdə hüquq normalarının pozulmasının qarşısını almaq məqsədilə profilaktiki tədbirlər həyata keçiriləcək.

Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov isə bildirib ki, mərasimlərin keçiriləcəyi məscidlərin yerləşdiyi ərazilərə gedən yollarda sıxlığın yaranmaması, əhalinin təhlükəsizliyinin təmini üçün nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

V. Əsədov vətəndaşlara həmin istiqamətlərdə şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə olunmasını tövsiyə edib.