"Sabah" klubu qapıçısı Saşa Stamenkoviçlə yeni müqavilə imzalayıb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, serbiyalı qolkiperlə müqavilə müddəti bir illik uzadılıb.
2018-ci ildən “Sabah”ın uğurları üçün çalışan Stamenkoviç, oyun sayına görə klubun rekordçusudur. Saşa ümumilikdə 46 matçda (42 Premyer Liqa, 4 ölkə kuboku) iştirak edib.
Son xəbərlər
Son Xəbərlər