Sabah qar yağacaq- - Proqnoz

sabah-qar-yagacaq-
Oxunma sayı: 4170


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan məlumata görə, havanın temperaturu gecə 2-4, gündüz 5-9 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında martın 31-də hava şəraitinin yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, gündüz yağıntının bəzi yerlərdə kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 1-6, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir. 

Tibbi-meteoroloji proqnoz

Martın 31-dən aprelin 2-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar  üçün əsasən əlverişlidir.