Sabah qar yağacaq

sabah-qar-yagacaq
Oxunma sayı: 5759


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan məlumatına görə, güclü şimal-qərb küləyi əsəcək, axşama doğru isə küləyin tədricən səngiyəcəyi gözlənilir. Havanın temperaturunun gecə və gündüz 1-4 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 2-5 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.