Sabah “Qarabağ”ın Çempionlar Liqasındakı ilk rəqibi bəlli olacaq

sabah-qarabagin-cempionlar-liqasindaki-ilk-reqibi-belli-olacaq
Oxunma sayı: 2660

Sabah UEFA Çempionlar Liqasının püşkatma mərasimi keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” səpələnmişlər səbətində yer alacaq.  

Çempionlar Liqası
I təsnifat mərhələsi

Səpələnmişlər: “Ferensvaroş” (Macarıstan), “Qarabağ” (Azərbaycan),  “Slovan” (Slovakiya), “Ludoqorets” (Bolqarıstan), “Şerif” (Moldova), BATE (Belarus), “Astana” (Qazaxıstan), “Makkabi” (Hayfa, İsrail), “Jalgiris” (Litva), HIK (Finlandiya), “Flora” (Estoniya), “Şemrok Rovers” (İrlandiya), TNS (Uels), “Olimpiya” (Sloveniya), “Zrinski” (Bosniya və Herseqovina)

Səpələnməmişlər: “Linkoln” (Cəbəllütariq), “Klaksvik” (Farer adaları), İlkin mərhələnin qalibi, “Dinamo” (Tbilisi, Gürcüstan), “Rakuv” (Polşa), “Partizani” (Albaniya), “Haken” (İsveç), “Farul” (Rumıniya), “Valmieras” (Latviya), “Ballkani” (Kosovo), “Larne” (Şimali İrlandiya), “Urartu” (Ermənistan), “Hamrun” (Malta), “Hesperange” (Lüksemburq), “Struga” (Şimali Makedoniya)

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk oyunları iyulun 11-12-də, cavab görüşləri isə 18-19-da keçiriləcək.