Sabah qaz olmayacaq

sabah-qaz-olmayacaq
Oxunma sayı: 1547

Abşeron və Siyəzən magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

“Qafqazinfo” xəbər verir ki, sabah saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Puta” və Siyəzən magistral qaz kəmərləri sahəsinin “Şurabad” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Qaradağ rayonunun Korgöz və Qızıldaş qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Siyəzən və Xızı rayonlarının qaz təchizatına təsir göstərməsi də mümkündür.