Mayın 4-də saat 10-dan 20:00-a qədər SOCAR-ın “Qaz İxrac” İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Padar”, Astara magistral qaz kəmərləri sahəsinin “Göytəpə” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
“Qafqazinfo” SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, təmir müddətində Ağsu rayonunun Padar, Cəlilabad rayonunun Göytəpə, Təklə, Pirilini, Ağdaş, Bəcirəvan və Maşalı kəndlərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Son xəbərlər
Son Xəbərlər