Sabah "Qarabağ"ın oyunudur, stadion isə...- - Fotolar

sabah-quotqarabagquotin-oyunudur-stadion-ise-
Oxunma sayı: 906


Qurban Qurbanovun komandası ilk oyunda 1:0 hesabı ilə qalib gəldiyi İsveçrənin “Yanq Boyz” klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma üçün arenanın hazır olub-olmadığı ilə maraqlandıq. Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”ın Şotlandiyanın “Seltik” klubuna qalib gəlməməsində əsas “pay sahibi” olan mərkəzi arenanın vəziyyəti yenə ürəkaçan deyil. Bu qədər müddət keçməsinə baxmayaraq, ot örtüyü hələ də bərbad gündədir və orada yaxşı futbol göstərmək üçün şərait yoxdur. Yəqin ki, sabah baş tutacaq qarşılaşmada da Qurban Qurbanovun komandası çox böyük çətinliklə üzləşəcək. 2-ci il ardıcıl qrup mərhələsində oynamağın astanasında olan “Qarabağ”ın bu çətinliklə üzləşməsi heç də ürəkaçan deyil. 

Oyuna olan marağa gəlincə isə, azarkeşlərin bu matça diqqəti həddən artıq yüksəkdir. Bizi qrup mərhələsinə aparan son yolda ağdamlılara dəstək olanların yəqin ki, kifayət qədər olacaq. Bu gün Tofiq Bəhramov adına Respublika stadionunun önündə səhər saatları olmasına baxmayaraq xeyli azarkeş vardı. 

Elsevər

“Qafqazinfo”