Sabah rayonlara qar gözlənilir

sabah-rayonlara-qar-gozlenilir
Oxunma sayı: 2522

3 apreldə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 12-15, Bakıda gecə 7-9, gündüz 13-15 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz təşkil edəcək.  

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb  küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək, gündüz şərq küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu gecə 5-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.