Sabah Rusiya-Ukrayna danışıqları olacaq

sabah-rusiya-ukrayna-danisiqlari-olacaq
Oxunma sayı: 5019

Rusiya-Ukrayna danışıqları martın 14-də videobağlantı vasitəsilə davam etdiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS-a Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, sabahkı danışıqların videoformatda olub-olmayacağı sualına “Bəli” cavabını verib.

Qeyd edək ki, fevralın 28-də Belarusun Qomel vilayətində ilk Rusiya-Ukrayna danışıqları keçirilib. Martın 3-də Belovejskaya Puşçada keçirilən danışıqların ikinci raundunun nəticələrindən biri tərəflər arasında sakinlərin təxliyyəsi üçün humanitar dəhlizlər haqqında razılaşma olub.

Martın 7-də Brest vilayətində nümayəndə heyətləri üçüncü dəfə görüşüblər. Martın 10-da Türkiyənin Antalya şəhərində keçirilən diplomatik forum çərçivəsində Rusiya və Ukrayna xarici işlər nazirləri Sergey Lavrov və Dmitri Kuleba arasında da görüş keçirilib.

***

Ukrayna prezidenti ofisinin rəhbərinin müşaviri Mixail Podolyak Tvitterdə bildirib ki, Rusiya ilə Ukrayna arasında danışıqlar çərçivəsində yaradılmış işçi qruplar daim fəaliyyət göstərir və ilkin nəticələrin yekunlaşdırılması üçün martın 14-də Moskva ilə Kiyev arasında danışıqlar aparılacaq.