Sabah SAT imtahanıdır

sabah-sat-imtahanidir
Oxunma sayı: 1570

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yanvarın 23-də növbəti SAT imtahanını keçirəcək.

“Qafqazinfo” xəbər ki, imtahan saat 8:30-da Komissiyanın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasilələrsiz). İmtahanda iştirak edəcək şəxslər saat 7:45-dək imtahan binasında olmalıdırlar. Gecikənlər imtahan zalına buraxılmayacaqlar.

İmtahanın nəticələri fevralın 11-də imtahan verənlərin “College Board”-un internet səhifəsindəki şəxsi hesabında açıqlanacaq.

Xatırladaq ki, bu imtahanın nəticəsi köhnə bal şkalası (maksimum bal 2400) ilə hesablanacaq.