“Sabah” - “Səbail” matçının vaxtı açıqlandı

“Sabah” - “Səbail” matçının vaxtı açıqlandı
Oxunma sayı: 493

Bəzi futbolçuların COVİD-19 testindən yenidən keçirilməsinə ehtiyac yarandığı üçün təxirə salınmış “Sabah” – “Səbail” oyununun vaxtı müəyyənləşib.

"Qafqazinfo" xəbər verir ki, sözügedən görüş noyabrın 23-də keçiriləcək.

Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Masazırda “Bank Respublika Arena”da baş tutacaq oyuna saat 16:00-da start veriləcək.