“Sabah” “Səbail”i darmadağın etdi

sabah-sebaili-darmadagin-etdi
Oxunma sayı: 1797

Bu gün Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Sabah” və “Səbail” komandaları üz-üzə gəliblər. Meydan sahibləri bu oyunda darmadağına seviniblər.

Xatırladaq ki, daha öncə “Kəpəz” “Qarabağ”la (1:1), “Zirə” isə “Qəbələ”ylə (2:2) heç-heçəyə razılaşıb. “Neftçi” isə “Sumqayıt”ı 2:0 hesabıyla məğlub edib. “Şamaxı” da bu gün “Turan Tovuz”la ev oyunundan məğlubiyyətlə ayrılıb – 0:1.

Azərbaycan Premyer Liqası
XXI tur
6 fevral

“Sabah” – “Səbail” 4:0
Qol: C.L.Mikels, 4. D.Volkov, 10; 31. E.Apeh, 83.
Qırmızı vərəqə: C.İrasabal, 68 – R.Əmirquliyev, 79 (ikinci sarı).
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Şirmamed Mamedov, Cavid Cəlilov.
Masazır “Bank Respublika Arena”, 18:00.