Sabah səhərdən qaz olmayacaq

sabah-seherden-qaz-olmayacaq
Oxunma sayı: 4123

Sabah Bakı şəhəri Nərimanov, Sabunçu, Binəqədi və Xəzər rayonlarınin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə report-a “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, diametri 300 mm-lik siyirtmənin təmiri, qaz xəttinin yerinin dəyişdirilməsi, yeni çəkilmiş diametri 225 mm-lik orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə 4 mart 2016-cı il tarixdə saat 10:00-dan işlər yekunlaşanadək Nərimanov rayonu Ə.Əliyev, T.Əliyev, C.Hacıbəyli, Azadlıq və Atatürk prospektlərində, Sabunçu rayonunun Ramanı, Savalan yaşayış massivi, Südçülük sovxozu və Şuşa qaçqın şəhərciyi ərazilərində, Binəqədi rayonunun 7 və 8-ci mikrorayonlarında, həmçinin Xəzər rayonunun Şüvəlan qəsəbəsinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.