Sabah Sumqayıta işıq fasilələrlə veriləcək

sabah-sumqayita-isiq-fasilelerle-verilecek
Oxunma sayı: 735

Sabah Sumqayıtın bəzi hissələrinə elektrik enerjisi fasilələrlə veriləcək.

Bu barədə “Qafqazinfo”ya "Azərişıq" ASC-dən məlumat verilib.

Qurum bildirir ki, “Sumqayıt Dəmiryolu İdarəsi” tərəfindən tunel-keçid tikilən ərazidən elektrik xətlərinin köçürülməsi səbəbindən Sumqayıt şəhərinin 6-cı,10-cu,12-ci mikrorayonlarında sabah elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

ASC yaranacaq narahatlığa görə abunəçilərdən üzr istəyir.