Sabah TOEFL və SAT imtahanları keçiriləcək

sabah-toefl-ve-sat-imtahanlari-kecirilecek
Oxunma sayı: 862

Dövlət İmtahan Mərkəzinin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında TOEFL IBT və SAT imtahanları 2019-cu il iyunun 1-də təşkil olunacaq.

“Qafqazinfo” xəbər verir ki, SAT imtahanında iştirak edəcək şəxslər saat 07:45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar. İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaqlar. İmtahan saat 08:30-da başlayacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasiləsiz).

TOEFL IBT imtahanı isə  saat 09:30-da başlanacaq. İmtahanda iştirak edən şəxslər  saat 08:30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar. TOEFL imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.