Sabah Türkiyə, Rusiya, Ukrayna və BMT taxıl məsələsini müzakirə edəcək

sabah-turkiye-rusiya-ukrayna-ve-bmt-taxil-meselesini-muzakire-edecek
Oxunma sayı: 977

“Sabah İstanbulda Türkiyə, Rusiya, Ukraynanın Müdafiə Nazirliklərinin hərbi heyətləri və BMT nümayəndə heyəti arasında görüş keçiriləcək”.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin milli müdafiə naziri Hulusi Akar açıqlayıb.

Onun sözlərinə görə, tərəflər görüş zamanı Ukrayna limanlarında qalan taxıl məsələsini müzakirə edəcəklər.