“Qafqazinfo” xəbər verir ki, Ali Seçki Komissiyasının məlumatına görə, ölkədə 52 milyon 894 min 15 nəfər seçici vardır. Avqustun 9-da yerli vaxtla saat 18.00-dan başlayaraq bir gün ərzində ölkənin media qurumları seçkilərlə bağlı təbliğat-təşviqat işlərini dayandırılacaqdır.
Seçkilərin ilkin nəticəsi avqustun 15-də elan olunacaqdır. Əgər namizədlərdən heç biri yetərli sayda səs toplaya bilməzsə səsvermənin ikinci turu avqustun 24-də keçiriləcəkdir.
Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərində keçirilən səsvermə avqustun 4-də başa çatıb. Ölkənin gömrük - keçid məntəqələrində keçirilən səsvermə isə avqustun 10-da səhər saatları yekunlaşacaqdır.
Son xəbərlər
Son Xəbərlər