“Sabah” uruqvaylı qapıçını icarəyə götürdü

sabah-uruqvayli-qapicini-icareye-goturdu
Oxunma sayı: 851

Azərbaycan Premyer Liqasında çıxış edən “Sabah” heyətini yeni qapıçı ilə gücləndirib.

“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi uruqvaylı qolkiper Alvaro Villete ilə anlaşıb.  
 
29 yaşlı oyunçu Kolumbiyanın “Patriotas” klubundan bir illik icarəyə götürülüb.  
 
Qeyd edək ki, Alvaro Villete son mövsümdə “Patriotas”ın heyətində 8 oyunda meydana çıxıb.