“Sabah” vahid liderdir

sabah-vahid-liderdir
Oxunma sayı: 1528

Azərbaycan Basketbol Liqasında XXVII turun daha bir oyunu keçirilib.

"Qafqazinfo"nun məlumatına görə, çempionatın lideri "Sabah" play-offdan kənarda qalmış "Sərhədçi" ilə qarşılaşıb.

"Sərhədçi" İdman Mərkəzində baş tutan görüş qonaqların 89:86 hesablı qələbəsi ilə başa çatıb.

Ən məhsuldar basketbolçular "Sərhədçi"dən Trevor Blekmon (26 xal, 6 ribaund) və "Sabah"dan Entoni Patti (33 xal, 4 ribaund) olublar.

Bu qələbədən sonra xallarını 47-yə çatdıran "Sabah" ilk pillədəki mövqeyini möhkəmləndirib.