Sabah yağış gözlənilir

sabah-yagis-gozlenilir
Oxunma sayı: 1450


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Qafqazinfo"ya verilən məlumata görə, havanın temperaturunun gecə 2-5, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında çiskinli olacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 2-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-3, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.