Sabah yağış gözlənilir

sabah-yagis-gozlenilir
Oxunma sayı: 1356


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Qafqazinfo"ya verilən məlumata görə, havanın temperaturunun gecə 24-27, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75, gündüz 45-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında

Avqustun 13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə saatlarında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, dağlarda gecə 12-17, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.