Aprelin 15-də gün ərzində arabir yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturu Abşeron yarımadasında gecə 9-13, gündüz 14-19, Bakıda gecə 10-12, gündüz 16-18 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında:
Aprelin 15-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 7-12, gündüz 16-21, dağlarda gecə 2-7, gündüz 11-16 dərəcə isti, yüksək dağlıq ərazilərdə gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz:
Aprelin 15-16-da Abşeron yarımadasında meteoroloji amillərin əsasən normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.
Son xəbərlər
Son Xəbərlər