Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan məlumata görə, havanın temperaturu gecə 8-13, gündüz 16-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 85-95 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14, gündüz 16-21, dağlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.
Xəbərdarlıq
Mayın 05-dən 07-si gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Mayın 05-də şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.
Son xəbərlər
Son Xəbərlər