Sabah yağış yağacaq

sabah-yagis-yagacaq
Oxunma sayı: 2226

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 20 fevralda gözlənilən hava şəraitini açıqlayıb. 

Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, səhər bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət 80-90 faiz olacaq.

Azərbaycanın rayonlarında

Fevralın 20-də arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Fevralın 20-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq hissi yarada bilər.